“Xəzər Lənkəran” daha 23 gün gözləyəcək
04.04.2011 - 10:37
“Xəzər Lənkəran” “Bakı” sindromunu qırması üçün ən azı 23 gün gözləməli olacaq. Apasport.az saytının hesablamalarına görə, cənub təmsilçisi artıq 491 gündür prinsipial rəqibini yenə bilmir.
“Ağ-yaşıllar” “Bakı” üzərində sonuncu qələbəsini ötən mövsüm, konkret olaraq, 2009-cu ilin noyabrın 29-da XII turda səfərdə (3:0) qazanıb. Bundan sonra komandalar ölkə kubokunu da nəzərə alsaq, 6 dəfə görüşüblər ki, bunların yarısında “zolaqlılar” qələbəni bayram edib, yarısı isə bərabərliklə nəticələnib.
“Bakı” keçən mövsüm “altılıq”da eyni hesabla qalib gəldi (1:0), ölkə kubokunun finalında isə 2:1 hesablı qələbəyə sevindi. Cari mövsümdə isə hər 3 oyunda qalibi müəyyənləşdirmək mümkün olmayıb. Belə ki, təsnifat mərhələsindəki oyunlar eyni hesablı bərabərliklə (1:1) nəticələnib, son turda isə qolsuz heç-heçə qeydə alındı.
İndi komandalar qarşıdakı bir ayda 3 dəfə üzləşməli olacaq. Məsələ ondadır ki, “Xəzər Lənkəran”la “Bakı” ölkə kubokunun yarımfinalında da rəqibdirlər. İlk oyun aprelin 27-də Lənkəranda, cavab oyunu mayın 4-də Bakıda olacaq. “Bakı” mayın 13-də çempionatımızın sondan əvvəlki turunda da “Xəzər Lənkəran”ın qonağı olacaq. Lənkəranlılar sindromu ən yaxşı halda 514 gündən sonra qıra biləcək.
Azərbaycan kubokunun yarımfinalında rəqib olan AZAL-la “İnter” də son turda görüşdülər və burada da sindrom mövcuddur. Düzdür, “İnter” “Xəzər Lənkəran”dan fərqli, daha az müddətdir rəqibini yenə bilmir. Yəni bu, yalnız cari mövsümə aiddir.
AZAL “bankirlər”lə evdəki hər iki oyunda üstün olub – 5:0, 1:0. “İnter”in meydanında keçirilən görüş isə 1:1 hesabı ilə nəticələnib. “Bankirlər” “təyyarəçilər”i sonuncu dəfə ötən mövsüm son dəfə görüşərkən – 2009-cu ilin dekabrın 13-də səfərdə 1:0 hesabı ilə yenib. “Xəzər Lənkəran” kimi “İnter” də sindromu ölkə kubokunda qırmaq imkanı qazanıb.
Mehman SÜLEYMANOV

0
0