“Qəbələ”nin baş məşqçisi “Top-10”da
08.04.2011 - 10:26
Böyük Britaniyanın məşhur sport.co.uk portalı İngiltərə Premyer Liqası tarixinin 10 ən yaxşı veteranının siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, 1993-cü ildən Premyer Liqa adlanan yarışın ən yaxşıları arasında Azərbaycan futboluna tanış sima da var. Bu, “Qəbələ klubunun baş məşqçisi Toni Adamsdır. İngiltərə milli komandasının və “Arsenal” klubunun əfsanəsi olan sabiq kapitan “Top-10”da 5-ci pillədə qərarlaşıb. Premyer Liqada doğma klubunda 500-dən çox, millidə 66 matç keçirən müdafiəçi yalnız Rayan Giqqz, Alan Şirer, Teddi Şeringem və Stüart Pirsdən geri qalıb.
İngiltərə Premyer Liqasının “Top-10”u
1. Rayan Giqqz
2. Alan Şirer
3. Teddi Şeringem
4. Stüart Pirs
5. Toni Adams
6. Devid Ceyms
7. Edvin van den Sar
8. Kevin Filips
9. Qari Spid
10. Nevil Sautholl
Qeyd edək ki, Adamsla yanaşı Giqqz, Qari Spid, Pirs də bizlərə yaşı tanışdır. Rayanla Qari Uels yığmasının heyətində millimizin qapısına vurduqları qollarla yada qalıb. Ötən il İngiltərə U-21-nin baş məşqçisi kimi yığmamız üzərində 7:0 hesablı qələbəyə sevinən Pirs qarşıdakı – Avro-2013-ün seçmə oyunlarında da 21 yaşlıların mübarizəsində millimizə rəqib olacaq.

0
0