“Neftçi” penalti ilə xilas oldu - YENİLƏNİB
09.04.2011 - 17:52
“Neftçi” penalti ilə xilas oldu - YENİLƏNİB
Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Bunlardan 1-i ilk, 2-si isə 2-ci “altılıq”da keçirilib.

Əvvəl də meydana məhz “ikincilər” çıxıblar ki, hər 2 görüşdə qonaqlar 2 qol vuraraq qalib gəliblər. Çempionatın aşlar autsayderləri “Simurq”la MOİK öz aralarında münasibətlərini ayırd etdikdə “hərbçilər”in də qalib gəlməyi bacardığı aşkara çıxıb. 25 oyundur qələbə həsrətində olan bakılılar 2 qol vurduqdan sonra sakitləşərək fərqin minimuma enməsi ilə barışıb – 2:1. “Qəbələ” isə autsayderlərdən uzaqlaşmağı bacaran “Turan”la səfər oyununda 2:0 hesabı ilə qalib gəlib.

Günün mərkəzi qarşılaşması isə “Şəfa”da keçirilib. Son ölkə çempionu öz meydanında hazırki lider “Neftçi”ni qəbul edib. Erkən qol buraxan “Neftçi” matç boyu məğlubiyyətdən qaçmağa çalışıb yalnız qarşılaşmanın sonlarında buna nail oldu. Komandanın uzun müddət bunun bacara bilməməyi isə həm futbolçular, həm də azarkeşlərdə gərginlik yaratdı. Bunun nəticəsidir ki, oyun ərzində iki dəfə - hərəsi 1 hissədə meydanda ara qarışdı və hakimlər briqadası birgə səyləri ilə sakitliyə nail oldu. Fanatlar isə “Neftçi”ni dəstəkləməklə yanaşı “istefa” sədalarını səsləndirməyə də vaxt tapdı. “Ağ-qaralar”ı isə hakimin penalti qərarı və Flavinyo xilas etdi.


9 aprel
“Simurq” – MOİK - 1:2
QOLLAR: Elvin Yunusov, 61 - Azər Həşimov, 43; Tural İsgəndərov, 58
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:0, 1:1

“Turan” – “Qəbələ” - 0:2
QOLLAR: Saşa Yunisoğlu, 61; Deon Barton, 85
Tovuz. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 1:0

“İnter” – “Neftçi” - 1:1
QOLLAR: Robertas Poşkus, 2 - Flavinyo, 86 (pen.)
Qırmızı vərəqə: Kaxaber Mjavanadze, 85 (2-ci sarı)
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:2, 1:1

Turnir cədvəli

1

Neftçi

26

16

8

2

45-11

56

2

Хазар Л

25

14

7

4

29-14

49

3

Qarabağ

25

15

3

7

33-16

48

4

AZAL

25

11

9

5

29-17

42

5

İnter

26

12

6

8

26-21

42

6

Bakı

25

9

8

8

29-23

35

7

Qəbələ

26

10

9

7

25-17

39

8

Muğan

25

8

7

10

18-26

31

9

Gəncə

25

5

10

10

24-30

25

10

Turan

26

6

6

14

20-37

24

11

Simurq

26

3

6

17

15-40

15

12

MOİK

26

2

5

19

9-50

11


Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15