“Beşiktaş” indi də Dieqo Forlanı istəyir
09.04.2011 - 10:24
Uruqvay milli komandasının futbolçusu Dieqo Forlan karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Atletiko” klubunda çıxış edən cənubi amerikalının müştəriləri siyahısına “Beşiktaş”ın da adı əlavə olunub. Son vaxtlar ulduzları heyətində qatmaqla diqqət mərkəzidə olan İstanbul nəhəngi Dieqo üçün 15 milyon avro ödəməyə hazırdır. Lakin Forlan uğrunda mübarizədə “Beşiktaş”ın şansları cüzidir. Belə ki, İngiltərənin bir neçə Premyer Liqa klubu, İtaliya “Yuventus”u, hətta Braziliya təmsilçiləri “Flamenqo” ilə “Korintians” da uruqvaylının müştəriləri sırasındadır.
- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0