Berti Foqts: Klublara öz məqsədlərinə çatmağı arzulayıram
09.04.2011 - 12:01
“Çempionatın hazırkı mərhələsində klubları nəzərə alaraq, Azərbaycan millisinin aprelin 11-dən 14-dək planlaşdırılan təlim-məşq toplanışını keçirməyəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
AFFA-nın rəsmi saytına açıqlamasında almaniyalı mütəxəssis aprelin 11-14-də baş tutmalı olan təlim-məşq toplanışının baş tutmamasının səbəblərini və qarşıdakı planları açıqlayıb: “Tibbi müayinə və dopinq-test əvvəlcədən nəzərdə tutulduğu kimi, aprelin 18-dən 21-dək Almaniyada təşkil olunacaq. Ölkə kubokunun finalına yüksəlməyən klublardakı millinin üzvləri mayın 20-dən iyunun 8-dək Qazaxıstan və Almaniya yığmalarına qarşı oyunlara hazırlaşacaqlar. Ölkə kubokunun finalında çıxış etmiş futbolçular mayın 26-da millinin heyətinə qoşulacaqlar. Qarşılıqlı əməkdaşlığa görə dərin minnətdarlığımı bildirir və bütün klublara öz məqsədlərinə çatmağı arzulayıram”.

- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0