Premyer Liqa klubundan fantastik addım
09.04.2011 - 12:52
İngiltərənin “Mançester Siti” klubu dünyanın 2 ən güclü futbolçusunu heyətinə qatmaq niyyətindədir. Apasport.az satının məlumatına görə, Premyer Liqa təmsilçisinin rəhbərliyi argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldonu transfer etmək istəyir. Klubun ərəb sahibləri bu 2 oyunçu üçün fantastik məbləğ – 430 milyon dollar ayırıblar. Messi üçün 250, Ronaldo üçün 180 milyon təklif edən “Mançester Siti”nin artıq həmin oyunçuların klublarına – İspaniya təmsilçiləri “Barselona” ilə “Real”a rəsmi müraciət etdiyi iddia edilir.
Qeyd edək ki, komandanın baş məşqçisi Roberto Mançini klub rəhbərliyindən transferlərə 100 milyon avro ayırmağı xahiş etmişdi. Ərəblər isə daha böyük xərclərə də razı olub. Mançini isə açıqlamasında çempionluq vəd edib: “Bu 2 oyunçunu transfer etsək növbəti mövsüm çempionluq söz verirəm”.

0
0