“Bakı”da 2, “Xəzər Lənkəran”da 1
09.04.2011 - 13:30
Azərbaycan Premyer Liqasının XXVI turunun oyun günləri bəzi klublar üçün xüsusi əhəmiyyət kəsb edir. Apasport.az saytının məlumatına görə, bunun səbəbi həmin komandaların düşərgəsində qeyd olunan ad günləridir. Söhbət ötən ilki ölkə kubokunun finalçılar “Bakı” ilə “Xəzər Lənkəran”dan gedir. Bu 2 klubun ümumilikdə 3 üzvü turun günləri ərzində ad günlərini qeyd edəcək.
Meydana sabah çıxacaq “Xəzər Lənkəran”da yeganə səbəbkar Mirça Rednikdir. Bu gün 49 yaşını qeyd edən rumıniyalı baş məşqçinin yetirmələri sabah “Qarabağ”la səfər oyununda mütəxəssisə hədiyyə etməyə çalışacaq.
Lənkəranlılar kimi “Bakı” da sabah meydana çıxacaq. AZAL-ın qonağı olan paytaxtın eyni adlı təmsilçisinin düşərgəsində isə 2 ad günü qeyd olunacaq. Azərbaycan millisinin legioneri Fabio Luis Ramim və İbrahim Karqbo növbəti doğum günlərini sabah qeyd edəcək. Lakin Karqbodan fərqli zədəli Ramim belə bir gündə meydana çıxa bilməyəcək. Əvəzində meydanda olacaq komanda yoldaşları hər 2 legioneri qələbə ilə təbrik etməyə çalışacaq.
Qeyd edək ki, mövsümün ilk yarısında MOİK-in qapısını qoruyan Amiran Qventsadze də sabah ad gününü qeyd edir.

- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0