Dünyanın ən gözəl futbolçu xanımı - FOTO
09.04.2011 - 14:03
Dünyanın ən gözəl futbolçu xanımının adı məlum olub. Apasport.az saytının məlumatına görə, bu suala Böyük Britaniyadan olan həmkarlarımız aydınlıq gətiriblər. Onlar “Mançester Yunayted” klubunun müdafiəçisi Nemanya Vidiçin həyat yoldaşı Ananı ən gözəl futbolçu xanımı seçiblər. Serbiyanın paytaxtı Belqraddan olan xanım İqtisad Universitetinin tələbəsidir. Nemanya 2006-cı ildə Ana ilə ailə həyatı qurub və onların 2 uşağı var.
0
0