Berti Foqts “Everton”un baş məşqçisini məyus etdi
09.04.2011 - 14:35
“Digər dünya klubları kimi biz də gənc futbolçular transfer edirik. Axı təkcə futbol akademiyamızın 8-9 yetirməsi ilə kifayətlənmək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Everton” klubunun baş məşqçisi Devid Moyes deyib.
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin müqavilə ilə məxsus olduğu Premyer Liqa təmsilçisi həmyerlimizi daim nəzarətdə saxlayır. Hazırda icarə əsasında “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçini izləmək üçün Moyes köməkçilərinə xüsusi tapşırıq da verib. Lakin Avro-2012-nin seçmə mərhələsinin Belçika – Azərbaycan qarşılaşmasını izləyən “Everton” nümayəndələri Arazı ehtiyat oyunçular skamyasında oturmuş görüblər: “Brüsseldə keçirilən qarşılaşmaya “kəşfiyyatçılar” göndərmişdi. Onlar 4:1 hesabı ilə başa çatan Belçika – Azərbaycan qarşılaşmasından müsbət təəssüratlarla qayıdıb. Bu səfər gələcəkdə güvənə biləcəyimiz futbolçuları izləmək məqsədi daşıyırdı. Gələn mövsüm üçün mənə hazır oyunçular lazımdır. Ümid edirəm ki, bu da olacaq. Mənə onların tam hazırlıqlı olması lazımdır”.
“Everton”un şərəfini qoruyan Maruan Fellaininin zədə üzündən yığmaya çağırılmamasını nəzərə alsaq britaniyalıların əsas məqsədlərindən biri Arazı da izləmək olub. Lakin yığmamızın baş məşqçisi Berti Foqts gənc yarımmüdafiəçini ehtiyatda saxlamaqla Moyesin də arzusunu gözündə qoyub. Lakin onun “kəşfiyyatçılarının” razı halda geri dönməsi belə deməyə əsas verir ki, həmin qarşılaşmada meydanda olanlar arasında da “Everton”un maraq dairəsinə düşənlər var. Belə futbolçuların hansı komandada olması isə hələlik məlum deyil.

0
0