Naci Şensoy: Pulumu verin!
09.04.2011 - 15:50
Naci Şensoy: Pulumu verin!
Tovuzun “Turan” klubunun baş məşqçisi Naci Şensoy çalışdığı komandadan pulunu hələ də almayıb. Apasport.az saytının məlumatına görə, ötən ilin ortalarında Bolqarıstanın “Lokomotiv” klubunda işləyən kosovolu mütəxəssis Plovdiv təmsilçisinin ona verməliu olduğu 8 min avronu hələ də unutmayıb. Bu günlərdə “dəmiryolçular”ın prezidenti Koko Dinevə növbəti dəfə zəng edən Şensoy pulunu tələb edib. O, təkcə özünə deyil sabiq köməkçilərinə də ödənməyən məbləğin verilməsini istəyir. Belə ki, Dobri Mitev və hazırda “Qarabağ”da çalışan Çudomir Çakarov da Dinevdən pullarını ala bilməyib.

Qeyd edək ki, Şensoy ötən ilin mayında “Lokomotiv”dən ayrılıb. Buna onun oyunçu və azarkeşlərlə probleminin yaranması səbəb olub.