Ramiz Məmmədovun 3-cü məğlubiyyəti
09.04.2011 - 16:04
Ramiz Məmmədovun 3-cü məğlubiyyəti
Azərbaycanlı çalışdırıcı Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, həmyerlimizin yetirmələri ölkə çempionatının VI turunda “Jetısu”nun qonağı olublar. Qazaxıstan çempionatının lideri olan Taldıkorqan təmsilçisi Məmmədovun komandasını 2:0 hesabı ilə məğlub edib. 7-ci dəqiqədə Xarabara, 27 dəqiqə sonra isə Mujikov fərqləniblər.

Qeyd edək ki, “Atırau” 6 turdan sonra 5 xal toplayıb. Məmmədobun yetirmələri 1 qələbə qazanıb, 2 heç-heçə edib və 3-cü dəfə meydanı başıaşağı tərk edib.