MOİK də qələbə qazanarmış
09.04.2011 - 16:31
MOİK də qələbə qazanarmış
Azərbaycan Premyer Liqasının XXVI turu Bakının MOİK klubu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, mövsümün ilk oyununda qələbə qazanan Ramil Əliyevin yetirmələri növbəti belə uğuru məhz indi qazanıblar. Ötən il avqustun 8-də öz meydanında “Muğan”ı 3:2 hesabı ilə yenən “hərbçilər” ardıcıl 25 oyun idi ki, qələbə həsrətində idi. 24 çempionat və 1 kubok matçında 20 dəfə uduzan MOİK 5 heç-heçəyə sevinmişdi.

Qeyd edək ki, MOİK-i ilk və 2-ci qələbəsini 244 gün ayırdı.