“Hansısa oyunçunun səhvini boynuna almasını görməmişəm”
09.04.2011 - 17:00
“Hansısa oyunçunun səhvini boynuna almasını görməmişəm”
"MOİK-i qələbə münasibəti ilə təbrik edirəm. Uşaq səhvləri buraxdıq. Müdafiəçilərimiz erkən qol buraxdı, psixoloji tarazlığı itirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Makedoniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVI turunun MOİK-lə oyunundakı 1:2 hesablı məğlubiyyəti belə əsaslandırıb: “İkinci hissədə isə künc zərbəsindən sonra ikinci qolu buraxdıq, oyunumuz alınmadı. Məğlubiyyətdə ilk növbədə baş məşqçi günahkardır, mən öz günahımı boynuma alıram. Rəhbərlik etdiyim komandada hər hansı bir oyunçunun səhvini boynuna almasını görməmişəm".