Naci Şensoy rəhbərlikdən süni örtüklü meydan istəyir
09.04.2011 - 17:11
"Meydançanın vəziyyəti yaxşı oyun göstərməyimizə mane oldu. Rəhbərlikdən xahiş edəcəyik ki, gələn mövsümdən etibarən oyunlarımızı süni örtüklü meydançada keçirək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tovuzun “Turan” klubunun baş məşqçisi Naci Şensoy deyib.
Türk mütəxəssis Azərbaycan Premyer Liqasının XXVI turunun “Qəbələ” ilə ev oyunundakı 0:2 hesablı məğlubiyyətə göüə azarkeşlərdən üzr istəyib: “Zaqatalada "Simurq"la oyunumuz yaxşı alındı, burada isə futbolçularım istənilən oyunu göstərə bilmədi. İlk hissədə iki qol imkanımız oldu, istifadə edə bilmədik. Futbolda "vurmayana vurarlar" qaydası işləyir. "Qəbələ"ni qələbə ilə təbrik edirəm. Bu oyunda azarkeşlərimizi gözəl oyunla sevindirmək istəyirdik, təəssüf ki, alınmadı, onlardan üzr istəyirəm. Bizi dəstəkləməyə davam etmələrini xahiş edirəm".
Mənbə: pfl.az

0
0