Türklər “Atletiko”ya sponsorluq edəcək
10.04.2011 - 11:12
Türklər “Atletiko”ya sponsorluq edəcək
Türkiyənin məşhur “Turkish Airlines” avia şirkəti İspaniyanın “Atletiko” klubunun titul sponsoru olacaq. Apasport.az saytının məlumatına görə, tərəflər arasında müqavilə yayda bağlanacaq. Madrid təmsilçisi yeni mövsümdən formalarının üzərində türklərin adını daşıyacaq. “Atletiko” 5 l əvvəl kinoteatrlar şəbəkəsini reklam edirdi və onların futbolkalarında hətta bir müddət filmlərin anonsları yerləşdirilirdi.