1:1 oynadılar, baş məşqçini istefaya göndərdilər
10.04.2011 - 13:11
1:1 oynadılar, baş məşqçini istefaya göndərdilər
Almaniyanın “Bavariya” klubunun rəhbərliyi baş məşqçi Lui van Qalı istefaya göndərib. Apasport.az saytının məlumatına görə, buna komandanın uğursuz çıxışları səbəb olub. Bundesliqanın XXIX turunun “Nürnberq”lə oyunundakı 1:1 hesablı heç-heçədən sonra rəhbərliyin səbr kasası daşıb.

Qeyd edək ki, gələn mövsüm üçün Yupp Haynkeslə anlaşan Münhen təmsilçisi van Qalla mövsümün sonunda yollarını ayırmalı idi. Lakin hollandiyalı mütəxəssis sonadək duruş gətirə bilməyib.