Hakimlərdən də razı qalan tapıldı
10.04.2011 - 17:15
Hakimlərdən də razı qalan tapıldı
"İlk növbədə Mehman Allahverdiyevi baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm. İşini bilən adamdır. Meydanın və hava şəraitinin əlverişsiz olması oyunumuza təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın “Muğan” klubunun məşqçisi Bəhmən Həsənov deyib.

O, Azərbaycan Premyer Liqasının XXVI turunun “Gəncə” ilə oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “Hesabı açsaq da, üstünlüyü qoruyub saxlaya bilmədik. Komandamdan və bugünkü nəticədən razıyam. "Gəncə" klubuna uğurlar arzulayıram. Elçin Məmmədov peşəkar hakimdir. Köməkçilərinin gənc olmasına baxmayaraq, onların bugünkü qərarlarından razı qaldım".

Mənbə: pfl.az