"Qarabağ" və "Xəzər Lənkəran" qalib gəlmədi, "Neftçi" qazandı
10.04.2011 - 18:16
"Maraqlı oyun oldu, iki güclü komandanın oyununu izlədik. Həm "Qarabağ", həm də "Xəzər Lənkəran" qələbə üçün oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “Komandaların qol imkanları oldu, qapıçılar çox yaxşı oynadı. "Qarabağ" və "Xəzər Lənkəran" qalib gəlmədi, "Neftçi" qazandı. Komandamı təbrik edirəm, hələ hər şey itirilməyib. Qarşıda altı tur var. Düşünürəm ki, oyunun nəticəsi ədalətli idi. Hakimlik də normal idi. Dieqoya verilən qırmızı vərəqəni haqlı sayıram".
Mənbə: pfl.az

0
0