“Bakı”nın çempionluq ümidləri rəsmən bitdi
10.04.2011 - 19:10
“Bakı”nın çempionluq ümidləri rəsmən bitdi
“Bakı” klubunun Azərbaycan Premyer Liqasının çempionu olmayacağı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, XXVI turda AZAL-a 0:1 hesabı ilə uduzan Aleksandr Starkovun yetirmələrinin qızıl medallara nəzəri şansları da tükənib. Belə ki, sona 6 tur qalmış bakılılar liderdən 21 xal geri qalır. “Bakı” 1-ci “altılıq”da çempionluqdan rəsmən əli üzülən ilk komanda olub.

Qeyd edək ki, “təyyarəçilər”lə oyunda yalnız qələbə “Bakı”nın 1-ci yerə nəzəri şanslarını saxlayacaqdı.