Elnur Allahverdiyev “Xəzər Lənkəran”dan kənarlaşdırıldı
11.04.2011 - 08:49
Elnur Allahverdiyev “Xəzər Lənkəran”dan kənarlaşdırıldı
“Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının XXVI turunda “Qarabağ”la səfər oyunundan (0:0) sonra rəhbərliyin və baş məşqçi Mirça Rednikin iştirakı ilə klub daxili iclas keçirib. Apasport.az saytının məlumatına görə, bir neçə saat davam edən iclasda komandanın son turlarda qələbə qazana bilməməyinin səbəbləri araşdırılıb. Son olaraq bir neçə qərar qəbul olunub ki, bunlardan birinə əsasən Elnur Allahverdiyev “Xəzər Lənkəran”ın əsas heyətindən uzaqlaşdırılıb. Buna səbəb millimizin də üzvü olan müdafiəçinin mütəmadi olaraq klubun daxili intizam qaydalarını pozmasıdır.

Qeyd edək ki, “Xəzər Lənkəran” “altılıq”da hələ qalib gəlməyib.