İmicini dəyişənlər və ya “Xəzər Lənkəran” üçün MOİK nümunəsi
11.04.2011 - 10:45
XXVI turda “Bakı”nı məğlub edən AZAL Premyer Liqanın final mərhələsində ən yaxşı göstəriciyə malik komanda oldu. Apasport.az saytının hesablamalarına görə, “təyyarəçilər” “altılıq”da hesabına 3-cü qələbəni yazdı ki, sonuncu uğurun Şüvəlan qəsəbəsindəki stadionun açılışına təsadüf etməsi bunun dəyərini artırır. Özü də AZAL hər 3 qələbəsini evdə, eyni hesabla qazanıb – 1:0.
Əslində, komandanın hələ “Olimpik” adlanan vaxtdan tarixinə nəzərə salsaq, ən çox qələbələri 1:0 hesablı olub. Yeri gəlmişkən, “təyyarəçilər” “altılıq”da yeganə məğlubiyyətini “Qarabağ”dan da elə eyni hesabla alıb.
Əslində, “Turan” da AZAL kimi final mərhələsində 9 xal qazanıb və hesabında 3 qələbə, 1 məğlubiyyət var. Sadəcə, bakılılar top fərqində (3-1) qərb təmsilçisini (3-2) üstələyir.
Maraqlısı odur ki, AZAL uzun müddət qələbəsizlik sindromu ilə üzləşmişdi. Komanda çempionatda 7 tur qalib gələ bilmirdi. Nəhayət, buna “altılığ”ın startında evdə “Xəzər Lənkəran”la oyunda son qoyuldu və hər şey yüksəlişə doğru getdi. AZAL-ın 3-cü pillədə gedən “Qarabağ”dan 4 xal geri qaldığını nəzərə alsaq, bürünc medal şansı da var.
Azərbaycan kubokunun qalibindən asılı olaraq, “təyyarəçilər” hazırda qərarlaşdığı 4-cü pillə ilə də Avroliqaya vəsiqə qazana bilər. AZAL-ın kubokda da mübarizəni davam etdirdiyini nəzərə alsaq, avrokuboklara çıxması yetərincə realdır.
Yarılanmaqda olan “altılığ”a nəzər salsaq, təkcə AZAL-ın yox, MOİK-in də çıxışına diqqət yetirmək olar. Təsəvvür edin ki, son pillədə gedən “hərbçilər” final mərhələsində artıq 5 xal toplayıb, yalnız “Turan”a uduzub. Vaxt var idi, MOİK qol vurmaqda çətinlik çəkirdi. Çempionata 3 xalla başlayan ordu klubu növbəti qələbə üçün 25 oyun, 244 gün gözləməli oldu. Görün vəziyyət nə yerdədir ki, MOİK final mərhələsində çempionluğa oynayan “Xəzər Lənkəran”dan (3 xal) çox xal toplayıb.
Təbii ki, bu, “hərbçilər”in cənub təmsilçisindən güclü olması demək deyil, komandalar, onların oynadığı “altılıq”la arasında səviyyə fərqi böyükdür. Sadəcə, fakt odur ki, MOİK final mərhələsində xalların sayına görə orta pillələrdədir.
“Altılıq”da məğlubedilməz olan “Qəbələ” də diqqəti cəlb edir. Həlledici mərhələdə 8 xalı olan qəbələlilər qələbə qazanmaqda çətinlik çəkmir. Halbuki, Toni Adamsın yetirmələri də yuxarıda adlarını sadaladığımız komandalar kimi uzun müddət qələbəyə həsrət qalmışdı. Özü də “Qəbələ”nin “altılığ”a düşmək şansı onu sonda kənarda qoyan “Bakı”dan daha yaxşı idi. Qəbələlilər 1 qələbə ilə mükafatlar uğrunda mübarizə aparmasını rəsmiləşdirə bilərdi. Ancaq həmin qələbə “Bakı” ilə kubok oyununda da gəlmədi və nəticədə “Qəbələ” avrokuboklara çıxmaq şansını tam itirdi. İndi qazanılan qələbələr isə təsəllidən başqa bir şey deyil və 7-ci pillədə olan komanda ən yaxşı halda, ikinci “altılığ”ın çempionu olacaq.
Göründüyü kimi, hər şey sıfırdan başlasaydı, indi çox şey başqa cür olardı. Ancaq ardıcıl ikinci mövsümdür keçirilən “altılıq”da xal sistemi fərqlidir. Ötən mövsüm “qızıl xallar” nəzərə alınırdısa, indi komandaların ilk mərhələdə topladıqları xallar silinmədiyindən, mübarizə “altılıq”da öz axarı ilə davam edir. Vaxtilə uğursuzluğa düçar olan komandalar indi imiclərini dəyişərək, çıxışları ilə diqqət mərkəzi düşürlər.
Mehman SÜLEYMANOV

0
0