Gennadi Bliznyuku AZAL-dan ayırdılar
11.04.2011 - 11:11
Gennadi Bliznyuku AZAL-dan ayırdılar
Bakının AZAL klubunun hücumçusu Gennadi Bliznyuk Belarus futbol ictimaiyyətini çaş-baş salıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin ən məşhur portallarından olan pressball.by futbolçu ilə bağlı yanlışlığa yol verməklə hamını çaşdırıb.

Belə ki, həmkarlarımız Bliznyukun “Olimpik”in heyətində fərqləndiyini qeyd ediblər. Komandanın 10 aya yaxındır AZAL adını daşımasını unudan belarusluların “Bliznyukun qolu “Olimpik”ə qələbə qazandırdı” başlığı azarkeşləri çaşdırıb. Onlar arasında Gennadinin AZAL-dan ayrılaraq, özünə yeni klub tapdığını düşünənlər də var.

Qeyd edək ki, həmkarlarımızın bu yanlışlığı başa düşüləndir. Çünki AZAL “Olimpik” adlandığı vaxt digər həmyerliləri Dmitri Parxaçov haqda mütəmadi xəbərlər yazan belarusluların yaddaşına həmin ad həkk olunub.