“Neftçi” “Beşiktaş”ın futbolçusuna elçi düşüb
11.04.2011 - 11:17
“Beşiktaş”ın sabiq kapitanı İbrahim Üzülməz ölkəmizdən təklif alıb. Apasport.az saytının məlumatına görə, “Neftçi” rəhbərliyi Türkiyə millisinin də formasının geyinən təcrübəli sol cinah müdafiəçisini heyətində görmək istəyir.
Hələlik qərar verməyən Üzülməz düşünmək üçün “ağ-qaralar”dan vaxt istəyib. “Beşiktaş” nümayəndələri isə ona mövsümün sonunda yubileyini qeyd etməyini, daha sonra ikinci komandanın baş məşqçisi postunu təklif edib.
Qeyd edək ki, İbrahim bir müddət öncə “Beşiktaş”dan kənarlaşdırılıb.
“Neftçi” isə xəbəri təkzib edir. Komandanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu bildirib ki, İbrahim Üzülməzə hansısa dəvət edilməyib.

0
0