Premyer Liqada balans tarazlaşdı: 12 klub, 12 stadion
11.04.2011 - 11:58
Premyer Liqada balans tarazlaşdı: 12 klub, 12 stadion
Azərbaycan Premyer Liqasının XXVI turu yeni stadionun açılışı ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, AZAL klubunun Şüvəlan qəsəbəsindəki arenasında ilk çempionat matçı keçirilib.

Bununla, cari mövsüm Premyer Liqa oyunlarını qəbul edən stadionların sayı 12-yə çatıb. Arxada qalan 156 görüş məhz bu qədər stadionda baş tutub. Bununla da klublarla stadionlar arasında say tarazlığı yaranıb.

Yəni, ilk baxışdan hər komandaya 1 arena düşür. Lakin bu arenalardan 2-si stadionsuz günlərini yaşayan MOİK-in ev oyunlarını qəbul edib. Bunlar “Neftçi” və “Bakı”ya məxsus meydanlardır. “Ağ-qaralar”ın daha çox məşq etdiyi və digər komandalarının oynadığı Bakıxanov qəsəbə stadionu əvvəlki illərdə də, elə gələn mövsümdə “Neftçi”ni qəbul edəcək. “Bakı”nın bazası isə MOİK-in əlacsızlığından seçilən məkandır.

Premyer liqamızın stadionları və oyun sayı

Tofiq Bəhramov adına Respublika stadionu – 34
“Şəfa” stadionu – 33
Tovuz şəhər stadionu – 13
Gəncə şəhər stadionu – 12
Zaqatala Olimpiya Kompleksinin stadionu - 12
Qəbələ stadionu (ehtiyat meydança) – 12
Lənkəran Mərkəzi stadionu – 11
Salyan şəhər stadionu – 10
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu – 9
“Bakı” klubunun bazası – 3
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu – 1
Şüvəlan AZAL stadionu - 1