Aleksandr Starkovun villa davası
11.04.2011 - 15:12
Aleksandr Starkovun villa davası
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkovun başı qalmaqaldan ayrılmır. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssisin sabiq müstəntiq Alla Yuraşa ilə villa davası neçə illərdir davam edir.

Riqa məhkəməsi Starkovla Yuraşanın işi ilə bağlı apelyasiya müddəti kimi gələn il aprelin 11-i olması haqda qərar çıxarıb.

Onlar arasında qalmaqal isə bağ evi ilə bağlıdır. 1994-cü ildə Allanın atasından 727 kvadrat metrlik bağı alan Starkov orada 11 il rahat yaşayıb. 2005-ci ildə əmlakı qaytarmağa qərar verən Yuraşa ilk cəhddən buna nail olub.

Lakin son 6 ildə bir-birini sıralayan məhkəmə qərarları ilə gah Starkov, gah da Alla əmlaka sahib çıxıb.