AZAL-ın yarımmüdafiəçisi əməliyyat olundu
11.04.2011 - 15:29
AZAL-ın futbolçusu Elandro Pema cərrahiyyə əməliyyatı olunub. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Nazim Süleymanov məlumat verib.
Dünən “Bakı” ilə baş tutan oyunun 26-cı dəqiqəsində rəqibin qapıçısı Marko Şarliya ilə toqquşan albaniyalı yarımmüdafiəçi oyunu yarımçıq dayandırdı. Dərhal Mərkəzi Klinik Xəstəxanaya aparılan futbolçu bu gün cərrahiyyə əməliyyatına məruz qalıb.
Baş məşqçi futbolçunun 1-2 günə xəstəxanadan çıxarılacağını qeyd edib: “Hər şey normaldır. Futbolçu palataya köçürülüb. Yaxın 2 gün ərzində xəstəxanadan çıxarılacaq. Pema yeni-yeni formaya düşür, oyunlarda özünü yaxşı tərəfdən göstərməyə çalışırdı. Yəqin ki, yaxın vaxtlarda keçiriləcək oyunları buraxacaq”.

0
0