“Rəqib bizi autdan məğlub etdi”
11.04.2011 - 18:30
“Doğma meydanda uduzmaq bizim üçün ağır idi. Çünki ardıcıl 3 qələbə qazanmışdıq. Bu seriyanı davam etdirmək istəyirdik”. Bunu apasport.az saytına açıqlamasında “Turan”ın kapitanı Vurğun Hüseynov deyib.
İkinci “altılıq” çərçivəsində keçirdiyi ilk 3 oyunda qələbələri sıralayan “Turan” sonuncu turda məğlubiyyətlə üzləşdi. Tovuz təmsilçisi doğma meydanda keçirdiyi oyunda “Qəbələ” ilə bacarmadı – 0:2. Ancaq Hüseynov xüsusilə də birinci hissədə rəqibdən güclü olduqlarını bildirib: “Biz rəqibdən üstün oynayırdıq. Əsas da birinci hissədə 2 real qol şansını qaçırdıq. Rəşid Həsənov və Viktor Qonta təkbətək epizodlardan yararlana bilmədolər. Rəqib bizi autdan yendi. Autdan atılan topdan qol vurdular”.
Müdafiəçi məğlubiyyəti arxayınçılıqla bağlayanlarla da razılaşmır: “Nəyə görə arxayınlaşmalıyıq ki? Düzdür, çempionatdakı yerimizi hardasa təmin etmişik. Ancaq yerli publika qarşısında oynadığımız üçün ən azı azarkeşlərimizi sevindirmək istəyirdik. Bunun üçün də sona qədər mübarizə apardıq”.

0
0