Berti Foqts: Elə futbolçular var ki, həyəcandan tir-tir əsirlər
11.04.2011 - 17:00
“Uzun fasilədən sonra Amit Quluzadə və Rail Məlikovun klubdakı məşqini izləmək istəyirdim. Təkcə "Neftçi" deyil, digər klubların da düşərgələrinə baş çəkib, məşqlərinə baxacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Bu gün Bakının “Neftçi”nin bazasında olan 65 yaşlı mütəxəssis klub rəhbərliyi və baş məşqçi ilə görüşüb. Komandanın məşqini də izləyən almaniyalı yerli futbolçular haqda fikirlərini açıqlayıb: “Bu gün "Neftçi"nin futbolçuları yüngül məşq edirdilər. Hiss olunur ki, Premyer Liqanın birinci pilləsində qərarlaşdıqlarına görə oyunçular şaddırlar. Komanda mənim çox xoşuma gəldi. "Neftçi"nin heyətindəki bütün yerli futbolçuları tanıyıram, onların potensialına bələdəm. Ancaq ən əsası odur ki, futbolçular məşqdə yox, oyunda özlərini göstərsinlər. Elə futbolçular var ki, məşq üzrə dünya çempionlarıdır, lakin hakimin start fiti çalınan kimi, həyəcandan tir-tir əsirlər. Ona görə də azərbaycanlı futbolçular oyunda nəyə qadir olduqlarını mənə göstərməlidirlər”.

0
0