Türkiyədəki təmsilçimizə “Mercedes” hədiyyəsi
11.04.2011 - 17:12
Türkiyədəki təmsilçimizə “Mercedes” hədiyyəsi
Azərbaycan yığmasının sabiq futbolçusu Ernani Pereyra yeni avtomobil qazanmağa yaxındır. Apasport.az saytının məlumatına görə, milliləşən braziliyalı müdafiəçinin oynadığı I divizion təmsilçisi “Mersin İdman Yurdu” Superliqaya çıxarsa, hər bir futbolçusu “Mercedes” markalı maşına sahib çıxacaq.

Klubun prezidenti Əli Qəhrəmanlı futbolçularına söz verib: “Altay”, “Kartalspor” və “Boluspor” ilə evdə, “Girəsunspor”la səfərdə görüşəcəyik. Bütün matçlarımızı qazanaraq, Superliqaya çıxacağımıza inanıram. Rəhbərlik olaraq, “Akhisar Bələdiyyəspor” oyununa 250 min lirə mükafat verdik. Superliqaya çıxacağımız halda, bütün oyunçularıma bir “Mercedes” markalı avtomobil hədiyyə edəcəyəm”.

Qeyd edək ki, “Mersin İdman Yurdu” hazırda 2-ci yerdə gedir və bu, Superliqaya birbaşa vəsiqə verir.