Mahir Şükürov “Real” – “Barselona” derbisində!
11.04.2011 - 23:18
Mahir Şükürov “Real” – “Barselona” derbisində!
Milli komandamızın futbolçusu Mahir Şükürov yaxın günlərdə İspaniyaya gedəcək. Apasport.az saytının xəbərinə görə, “Anji”dən ayrılandan sonra klubsuz qalan müdafiəçi Barselonada dincəlməyi planlaşdırır.

“Son vaxtlar çox yorulmuşam. Psixoloji cəhətdən özümü pis hiss edirəm. İstəyirəm ki, bir müddət futboldan aralanıb, yaxşı istirahət edim” - deyə, Şükürov bildirib.

Futbolçu, həmçinin qeyd edib ki, Madriddə baş tutacaq “Real” – “Barselona” derbisində də baxmağı planlaşdırıb.