“Anji” Mahir Şükürovun borcunu ödədi
11.04.2011 - 23:22
“Anji” Mahir Şükürovun borcunu ödədi
“Anji” ilə 3 illik müqaviləsi olsa da, vaxtından xeyli əvvəl komandadan çıxarılan Mahir Şükürov artıq yeni klublarla danışıqlara başlayıb. Apasport.az saytının xəbərinə görə, yeni mövsüm üçün də futbolçuya çatacaq məbləği ödəyən Mahaçqala təmsilçisi həmyerlimizin başqa kluba keçidində heç bir problem görmür.

Şükürov bildirib ki, komanda rəhbərliyi ona azad agent statusu verib: "Artıq transfer vərəqəmi almışam və yayda istənilən komandaya keçə bilərəm. Bir neçə klubla danışıqlar aparıram. Daha yaxşı şərtlər irəli sürən komanda ilə müqavilə bağlayacam”.