Milli komandanın üzvləri oyun alqı-satqısında
12.04.2011 - 08:51
Polşanın Vrotslav şəhər məhkəməsinə oyun alqı-satqısı ilə bağlı akt daxil olub. Apasport.az saytının məlumatına görə, sənəddə 2006/07 mövsümünün ölkə çempionatında keçirilən “Krakoviya” - “Zaqlebiye” (Lyubin)görüşünün danışılmış olduğu əks olunub. İttiham olunanlar arasında Polşa yığmasının sabiq və hazırki üzvləri də yer alıb.
Həmin vaxt tərəflər 0:0 hesablı heç-heçə etməyə razılaşıbmış ki, bunun sayəsində də “Zaqlebiye” UEFA kubokuna vəsiqə qazanıb. Lyubin təmsilçisini həmin vaxt Frantişek Jmuda çalışdırırmış. Hazırda Polşa yığmasına rəhbərlik edən mütəxəssis “Lex”in baş məşqçisi kimi 2008/09 mövsümündə “Xəzər Lənkəran”ın UEFA kubokundan kənarlaşdırılmasına və Ağasəlim Mircavadovun istefaya göndərilməsinə nail olmuşdu.
Lakin ittiham olunan futbolçular baş məşqçidən xəbərsiz danışıqlara getdiyini bildiriblər. Bu oyunçular arasında hazırda Dortmund “Borussiya”sında çıxış edən Lukaş Pişek, “Manisaspor”da top qovan Matsey İvanski, “Krakoviya”lı Lukaş Mejevski, “Zaqlebiye”də oynayan Mihal Stasyak da var. Lubin təmsilçisinin daha iki bir Qjeqoj Bartçak və “Krakoviya”lı Voytsek Lobodzinski isə 2003/04 mövsümündəki danışılmış oyuna görə məhkəmə qarşısında cavab verəcəklər.

0
0