Azərbaycan çempionatında baş hakimi döymək istəyənə ağır cəza
26.04.2011 - 12:47
Azərbaycan çempionatında baş hakimi döymək istəyənə ağır cəza
AFFA-nın İntizam Komitəsi hakimə qarşı kobud davrananları ağır cəzalandırıb. Apasport.az saytının məlumatına görə, I divizionun son turunda “Neftçi” İSM – “Neftçala” oyununda (2:2) qonaqların 2 futbolçusu – Ənüşrəvan Ağazadə ilə Ülvi Səfiyaroğlu müvafiq olaraq 4 və 5 oyunluq cəzaya layiq görülüb.

Xoşagəlməz olay 45+1-ci dəqiqədə olub. Ağazadə hakimi təhqir etdiyinə, Səfiyaroğlu isə ona fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. “Neftçala” Ənüşrəvana görə 400, Ülviyə görə 500 manat cərimə ödəməli olacaq.

Qeyd edək ki, oyunu Əmrah İbrahimovun başçılıq etdiyi hakimlər briqadası idarə edib.