Ramiz Məmmədov problemlə üzləşdi
29.04.2011 - 09:50
“Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, qazaxıstanlı həmkarlarımız Məmmədovun növbəti turda “Lokomotiv”lə oyun öncəsi halına acıyır. Məsələ ondadır ki, məşqçimiz ev matçında oyunçu sarıdan korluq çəkir.
Həmyerlimizi çətin vəziyyətdə qoyan futbolçusu Baurcan Colçiyevdir. Əvvəl zədə problemi olan 20 yaşlı oyunçu bu dəfə cəza üzündən “Atırau”ya kömək etməyəcək. Colçiyev artıq 4 sarı vərəqə aldığından cəzalı duruma düşüb: “Bu isə onun “Lokomotov”lə görüşdə meydana çıxmasına imkan verməyəcək. Əgər nəzərə alsaq ki, Aleksandr Mulıqin də sıraya dönməyib, Ramiz Məmmədovun növbəti oyunda kimi meydana buraxması ilə bağlı baş sındırmalı olduğunu deyə bilərik. Əsas heyətdə yer almağa əsas namizədlər 18 yaşlı futbolçular – Dauern Kayralliyevlə Aybar Nurıbəyovdur”.

0
0