+13=11-13
29.04.2011 - 11:25
+13=11-13
Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ” klubu “Bakı”nı qəbul edəcək. Apasport.az saytının məlumatına görə, 15 ildir rəqib olan komandalar ilk dəfə 1996-ci ildə üz-üzə gəliblər. Geridə qalan müddətdə tərəflərin ümumilikdə 37 görüşü baş tutub. Bu oyunların dördü kubok çərçivəsində keçirilib.

Suraxanı qəsəbə stadionunda baş tutacaq 38-ci matçadək tərəflər hərəyə 13 qələbə qazanıblar. 11 görüşdə isə meydanda “sülh” qeydə alınıb. Qolların sayında da inanılmaz yaxınlıq var. İndiyə kimi 41 dəfə “Bakı”nı məyus edən “Qarabağ” 40 dəfə topu öz qapısında görüb.

Qeyd edək ki, 15 illik rəqabət ərzində hər 2 komanda müxtəlif adlar altında çıxış edib. “Qarabağ” bir müddət “Qarabağ-Azərsun”, “Bakı” isə “Polis akademiyası”, “Dinamo” və “Dinamo-Bakılı” adları altında mübarizə aparıb.

“Qarabağ” – “Bakı”: Bütün oyunlar

1996/97 

1:1

çempionat

1996/97 

6:1

çempionat

1997/98 

0:1

çempionat

1997/98 

0:3

çempionat

1998/99 

0:2

çempionat

1998/99 

2:1

çempionat

1998/99 

0:0

çempionat

1998/99 

3:0

çempionat

1999/00 

0:1

çempionat

1999/00 

0:0

çempionat

2000/01 

0:1

çempionat

2000/01 

4:2

çempionat

2001/02 

1:0

çempionat

2001/02 

3:0

çempionat

2003/04 

2:1

çempionat

2003/04 

0:1

çempionat

2004/05 

2:0

çempionat

2004/05 

1:1

çempionat

2005/06 

3:2

kubok

2005/06 

2:4

çempionat

2005/06 

0:0

kubok

2005/06 

1:2

çempionat

2006/07 

0:0

çempionat

2006/07 

1:1

çempionat

2007/08 

1:1

çempionat

2007/08 

0:0

çempionat

2008/09 

0:2

çempionat

2008/09 

0:2

çempionat

2008/09 

2:1

kubok

2008/09 

2:1

kubok

2009/10 

1:0

çempionat

2009/10 

0:0

çempionat

2009/10

0:2

çempionat

2009/10

1:4

çempionat

2010/11

2:0

çempionat

2010/11

0:2

çempionat

2010/11

0:0

çempionat

2010/11

 

çempionat



Mənbə: qarabagh.com