“Barselona”nın da rekordu təkrarlandı
29.04.2011 - 11:57
“Barselona”nın da rekordu təkrarlandı
“Portu” dünyanın güclü komandalarından sayılan “Barselona”nın rekorduna şərik olub. Apasport.az saytının məlumatına görə, portuqaliyalılar avrokuboklarda bir mövsümdə qələbə sayına əsasən Kataloniya təmsilçisinə çatıb.

Bu, Avroliqanın yarımfinalında “Vilyarreal”la evdə 5:1 hesablı qələbədən sonra olub. Nəticədə Avroliqanın cari mövsümdə 13-cü qələbəsini qazanan “Portu”nun nəinki “Barsa”nın rekordunu təkrarlamaq, hətta onu ötməyə real şansı var. Hər halda, komanda finala vəsiqəni demək olar təmin etdiyindən, daha 2 oyunu qalıb.

Qeyd edək ki, “Barselona” həmin 13 qələbəsini 2002/03 mövsümündə Çempionlar Liqasında qazanıb.