“Simurq”u kim “uçuracaq”?
29.04.2011 - 12:18
Azərbaycan Premyer Liqasını tərk edən son komanda XXIX turda dəqiqləşə bilər. Apasport.az saytının məlumatına görə, hələ ötən tur I diviziona yuvarlanan MOİK-in ardınca Zaqatalanın “Simurq” klubunun aşağı dəstəyə düşməsinin həftəsonu rəsmiləşəcəyi gözlənilir.
Bunun üçün “Simurq”un evdə “Qəbələ” ilə görüşdə xal itirməsi, “Turan”ın isə Tovuzda “Muğan”a qalib gəlməsi şərtdir. Bu halda, 10 və 11-ci pillələrdə yer alan “Turan”la “Simurq” arasında xal fərqi indikindən – 9-dan çox olacaq. Bundan sonra 3 tur keçiriləcəyini nəzərə alsaq, zaqatalılar istəsə belə, həmin xal fərqini aradan qaldıra bilməyəcəklər.
“Turan”la “Simurq”un hər ikisi qalib gələrsə, növbəti həftəsonunu gözləməli olacağıq. Çünki 3 tura 9 xal fərqini aradan qaldırmaq mümkündür. Ən əsası, komandaların öz aralarında hələ bir oyunu qalıb. “Turan”la “Simurq”un cari mövsümdə arxada qalan 3 görüşündən 2-si bərabərliklə, yalnız 1-i tovuzluların qələbəsi ilə nəticələndiyindən şəxsi oyunlarda üstünlük dəyişə bilər.
“Simurq” öz meydanında oynasa da, arzuolunmaz rəqiblə görüşməsi əleyhinədir. Belə ki, zaqatalılar “Qəbələ” ilə cari mövsümdəki görüşlərdə nəinki xal qazana, qol da vura bilməyib. Əfsanəvi futbolçu Toni Adamsın çalışdırdığı komanda rəqibinə 3 oyuna 9 cavabsız qol vurub (2:0, 3:0, 4:0). Düzdür, onu da nəzərə alaq ki, “Turan” da “Muğan”a cari mövsümdə qalib gələ bilməyib – 0:0, 1:1, 1:2.
Üstəlik, Tovuz klubu baş məşqçisi Naci Şensoyun xidmətindən məhrumdur. Türkiyəli mütəxəssis ötən tur “Gəncə” ilə səfər matçında hakimi təhqir etdiyindən, AFFA-nın İntizam Komitəsinin 5 oyunluq cəzasına məruz qalıb. Nəticədə texniki zonadan kənarda qalacaq Şensoy üçün mövsüm artıq bitib.
Zaqatalalıların qalib gələ bilməyəcəyini deməyə əsas verən digər məqam evdəki uğursuz çıxışıdır. Maraqlıdır ki, vaxtilə “Simurq”dan onun meydanında xal almaq nə qədər çətin idisə, komanda tarixinin ən zəif mövsümündə səfərdə daha yaxşı oynayır. Təsadüfi deyil ki, makedoniyalı Qyoko Hacıyevskinin çalışdırdığı komanda xallarının (15) çoxunu, ən əsası 3 qələbəsinin hamısını rəqib meydanında qazanıb. “Simurq” cari mövsümdə evdə qələbə üzündə həsrət qalaraq, 14 görüşdə cəmi 4 xal yığa bilib.
Bütün milli çempionatlarımızda iştirak edən 3 komandadan biri olan “Turan” heç vaxt I dəstədə oynamayıb. 2005-ci ildə yaranan “Simurq” isə çıxışına məhz I dəstədə başlayaraq, debüt mövsümündəcə (2005/06) çempion kimi yüksək liqaya vəsiqə qazanıb. İlk vaxtlar iddialı olaraq, mükafatlar, avrokuboklara çıxmaq uğrunda yarışan “Simurq”un həmin 4 ildə baş məşqçisi ukraynalı Roman Pokora oldu. Komanda ən böyük uğurunu 2008/09 mövsümündə əldə etdi. Həmin vaxt çempionatımızın bürünc medalçısı olan “Simurq” Avroliqaya vəsiqə qazandı və İsrailin “Bney Yehuda” klubu ilə hər iki görüşdə uduzdu (evdə 0:1, səfərdə 0:3).
Qeyd edək ki, ötən mövsüm bitəndən sonra siyasətini köklü surətdə dəyişən Zaqatala klubu əcnəbilərinin hamısı ilə vidalaşdı. Nəticədə Pokoranı əvəzləyən Hacıyevski daha çox gənc, təcrübəsiz futbolçuların ümidinə qaldı və əvvəldən axıra kimi autsayderlər sırasında qaldı.
Mehman SÜLEYMANOV

0
0