“7 ildir Azərbaycanda oynayıram, bundan sonra hara gedim?”
12.05.2011 - 23:00
Azərbaycan yığmasının futbolçusu Aleksandr Çertoqanov karyerasını ölkəmizdə davam etdirmək istəyir. Bakının “İnter” klubunun 31 yaşlı milliləşdirilən ukraynalı oyunçusu apasport.az saytına açıqlamasında tarixi vətəninə qayıtmağa tələsmədiyini bildirib.
Çertoqanovun sözlərinə görə, ilk öncə indiki komandasının təklifini dəyərləndirəcək: “İnter”lə müqaviləm cari mövsümün sonunda bitir. Həmin vaxt yeni müqavilə məsələsinə aydınlıq gətirəcəyik. Hələlik bununla əlaqədar söhbət olmayıb. Buna mövsüm bitəndən sonra baxacağıq. Danışıqlar stolu arxasına əyləşib, şərtləri müzakirə edərik. Əlbəttə, Azərbaycanda çıxışımı davam etdirmək istəyirəm. Artıq 7 ildir burada oynayıram, bundan sonra hara gedim? Artıq məni Ukraynada unudublar? Bax, bu düzdür”.
Qeyd edək ki, 5 ildir milli komandamızda oynayan Çertoqanov “İnter”ə qədər “Bakı”, “Neftçi” və “Simurq” klublarında oynayıb. O, ölkəmizdə ilk titulunu – ölkə kubokunu “Bakı”da, 2-ni – ölkə çempionluğunu indiki komandasında qazanıb. Aleksandr 2004-cü ildən fasiləsiz milli çempionatımızın iştirakçıdır. Burada ən çox oyun keçirən legionerlərdən olan ukraynalı 157 görüşdə 3 qol vurub. Çertoqanov yığmamızda oynadığından, yerli oyunçu statusu daşıyır və bu səbəbdən transferi klublarımıza sərfəlidir.
Mehman SÜLEYMANOV

0
0