Ballak üçün yeni təklif
13.05.2011 - 10:02
Ballak üçün yeni təklif
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının əsas kapitanı Mixael Ballak yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqı 35 yaşlı yarımmüdafiəçiyə milli karyerasını bitirməyi təklif edib.

Ballaka təklif edilib ki, yaxınlarda onun üçün vida matçı təşkil olunmağına razılıq versin və həmin görüş onun yığmada son matçı olsun. İndiyədək 98 dəfə Bundestimin formasını geyinən yarımmüdafiəçi hələlik təklifə münasibət bildirməyib.

Qeyd edək ki, neçə vaxtdır zədə üzündən yığmadan kənar qalan kapitan iyunun 7-də Bakıda millimizlə keçiriləcək matça da çağırılmayıb.