“Qarabağ”dan “Neftçi”yə 1 addım qaldı
13.05.2011 - 23:05
“Qarabağ”dan “Neftçi”yə 1 addım qaldı
Ağdamın “Qarabağ” klubu cari mövsümdə 5-ci böyük hesablı qələbəsini qazandı. Apasport.az saytının hesablamalarına görə, Qurban Qurbanovun çalışdırdığı komanda böyük hesablı qalibiyyətlərindən 4-ə eyni hesabla - 3:0-la nail olub. Bu, “Gəncə”, “Qəbələ”, MOİK və nəhayət, “Neftçi” ilə görüşlərdir. Yalnız “Turan”la oyunda fərqli hesab (5:1) qeydə alınıb. “Qarabağ” böyük hesablı qələbələrinin hamısını evdə əldə edib. Komanda cari mövsümdə ev oyunlarını keçirdiyi arenaların hər 3-də – Tofiq Bəhramov adına Respublika, Tofiq İsmayılov adına Suraxanı və Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksində belə qələbələrə sevinib.

Bu, cari çempionatımızda 24-cü böyük hesablı qələbə oldu. Siyahıya “Neftçi” başçılıq edir – 6 dəfə. “Qarabağ” onu yenməklə, 5-ci böyük hesablı qələbəsini qazandı və liderlə lap yaxınlaşdı. “İnter”, “Qəbələ”, “Gəncə” hərəyə 3, “Xəzər Lənkəran” 2, “Bakı” ilə AZAL-ın hərəyə 1 böyük hesablı qələbəsi var.


Azərbaycan Premyer Liqasının cari mövsümündə böyük hesablı qələbələr

08.08.2010

4

Turan

İnter

0-3

21.08.2010

13

Neftçi

Simurq

4-0

12.09.2010

30

Xəzər Lənkəran

MOİK

3-0

18.09.2010

33

MOİK

Neftçi

0-4

22.09.2010

12

Qarabağ

Gəncə

3-0

02.10.2010

47

MOİK

Gəncə

0-5

16.10.2010

51

AZAL

İnter

5-0

17.10.2010

53

Gəncə

Xəzər Lənkəran

4-1

23.10.2010

57

Neftçi

Gəncə

6-2

20.11.2010

79

İnter

Turan

3-0

20.11.2010

80

MOİK

Bakı

0-4

27.11.2010

87

Qəbələ

Simurq

4-0

04.12.2010

91

MOİK

Qəbələ

0-3

05.12.2010

96

Gəncə

Muğan

3-0

18.12.2010

103

Gəncə

Neftçi

0-4

13.02.2011

120

Qarabağ

Qəbələ

3-0

19.02.2011

121

MOİK

İnter

0-4

19.02.2011

122

Simurq

Neftçi

0-3

25.02.2011

129

Qarabağ

Turan

5-1

17/04/2011

162

Qəbələ

Simurq

3-0

23/04/2011

164

Xəzər Lənkəran

AZAL

3-0

13.11.2010

76

Muğan

Neftçi

0-3

05.11.2010

68

Qarabağ

MOİK

3-0

13.05.2011

186

Qarabağ

Neftçi

3-0



Mehman SÜLEYMANOV
0