Əvvəl Vaqif Cavadov getdi, sonra da çempionluq
15.05.2011 - 23:21
Əvvəl Vaqif Cavadov getdi, sonra da çempionluq
Hollandiya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ölkə çempionunun adına aydınlıq gətirən tur liderlərin dueli ilə əlamətdar olub. Bu matçadək rəqibini 1 xal qabaqlayan “Tvente” “Ayaks”la görüşdə həm bu üstünlüyünü, həm də ötən ilki çempionluğu itirib. .

Sim de Yonqun dublu və Landzaatın avtoqolu sayəsində 3:1 hesabı ilə qalib gələn “Ayaks” 30-cu dəfə çempion olub və Çempionlar Liqasının qrup mərhələsində oynayacaq. Onların qrupa yolunu bağladığı “Tvente” isə 3-cü təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Qeyd edək ki, tarixinin yeganə çempionluğunu ötən mövsüm qazanan “Tvente”yə həmin uğura imza atdıqdan sonra ehtiyat oyunçular skamyasının əbədi sakini olan Azərbaycan milli komandasının üzvü Vaqif Cavadovu “Bakı”ya icarəyə vermişdi. Onun yoxluğunda çempionluğu itirən Enshede təmsilçisi yenidən hücumçunu sıralarına qatarsa həmyerlimiz də təsnifat mərhələsində oynamalı olacaq. Hər halda Vaqif özü də “Bakı”nın olndan imtina edəcəyi halda Hollandiyaya qayıdacağını düşünür.