Vaqif Sadıqov “Şalke”ni də görəcək
16.05.2011 - 09:20
Vaqif Sadıqovun məşqçisi olduğu Rusiyanın “Anji” klubu Çempionlar Liqasının yarımfinalçısı ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi finalın bir addımlığında büdrəyən, “Mançester Yunayted”ə yenilən “Şalke” ilə yoxlama oyunu keçirməyi razılaşdırıb. Oyun iyulun 14-də çempionatda fasilə zamanı olacaq. Ancaq görüşün harada keçiriləcəyi açıqlanmayıb.
Qeyd edək ki, həmyerlilərimiz bu il “Şalke” ilə 2-ci dəfə görüşəcək. Milli komandamızın kapitanı Rəşad Sadıqov qışda Türkiyənin “Əskişəhərspor” klubunda çıxış etdiyi zamanı Bundesliqa təmsilçisi ilə Türkiyədə yoxlama matçında oynamışdı.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0