Eldarla Nigarın qələbəsi Foqtsu da danışdırdı
16.05.2011 - 09:33
Eldar Qasımov və Nigar Camalın Düsseldorfda keçirilən “Eurovision” mahnı müsabiqəsindəki qələbəsindən sonra Almaniyada Azərbaycana diqqət birə beş artıb. Bu üzdən də almanlar ölkəmizi ən yaxşı tanıyan həmyerliləri ilə danışmağı lazım biliblər. Apasport.az saytının məlumatına görə, 3 ildən artıqdır milli komandamızın baş məşqçisi olan Berti Foqts həmyerlilərinə ölkəmizdəki bayram əhval-ruhiyyəsindən danışıb.
- “Eurovision” mahnı müsabiqəsindəki qələbədən sonra Azərbaycanda əhval-ruhiyyə necədir?
- Azərbaycanda baş verənlər inanılmazdır. İndicə qızlar arasında çempionatın finalından gəlmişəm. Tribunada əyləşənlər təkrar-təkrar qaliblərin mahnısını ifa edirdilər. Bu, möhtəşəm bir bayramdır. Bu, ölkədə musiqiyə olan diqqətin nəticəsidir. Küçələrdə yalnız “Eurovision”un qalib mahnısını oxuyurlar.
- Azərbaycan və azərbaycanlılar sizə necə münasibət bəsləyir?
- Azərbaycanlılar - məndə yaranan fikrə əsasən, ciddi insanlardır. Bu qələbə isə lap yerinə düşdü. İndi onlar diqqəti özlərinə cəlb edəcəklər.
- “Eurovision-2012”in Azərbaycanda keçirilməsi haqda nə deyə bilərsiniz?
- Azərbaycanlılar həqiqətən də istiqanlıdırlar, lakin həm də qürurludurlar. Bəzən onlar elə fikirləşirlər ki, təkbaşına hər şey edə bilərlər. Təbii ki, əslində, belə deyil. Düşünürəm ki, növbəti müsabiqənin təşkilatçılığı üçün bir neçə almaniyalını əməkdaşlığa dəvət etsələr, yaxşı olar. Bu il Almaniya milyonlarla insana göstərdi ki, müsabiqəni necə təşkil edə bilər. Düşünürəm ki, Azərbaycanda belə bir şansdan istifadə edəcək.

0
0