“Xəzər Lənkəran” və “Qarabağ”ın mümkün rəqiblərinə qadağa
16.05.2011 - 09:57
UEFA 2 komandanın Avropa Liqasında iştirakına qadağa qoyub. Apasport.az saytının məlumatına görə, Litvanın “Jalgiris” və İrlandiyanın “Sportinq Fingel” klubları avrokubokların gələn mövsümünə buraxılmayıblar.
Buna səbəb onların UEFA-nın lisenziyalaşdırılmasını keçməməkləridir. Nəticədə “Jalgiris”lə “Sportinq Fingel” Azərbaycan klublarına potensial rəqiblikdən kənarda qaldılar. Hər iki komanda ilə indiyə kimi avrokuboklarda görüşməmişik.
Qeyd edək ki, Avroliqada ölkəmizi təmsil edən 3 komandadan 2-si məlumdur. Bunlar gümüş və bürünc medalçılar olan “Xəzər Lənkəran”la “Qarabağ”dır. Sonuncu vəsiqənin sahibi isə ölkə kubokunun qalibi olacaq.
“İnter” finalda “Xəzər Lənkəran”a qalib gələrsə, bu hüququ qazanacaq. Lənkəranlılar kuboka sahib çıxarsa, Avroliqada sonuncu təmsilçimiz çempionatda 4-cü yeri tutan komanda olacaq.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0