“Turan”da qovhaqovdur!
16.05.2011 - 11:36
Premyer Liqada yerini təmin edən “Turan” rəhbərliyi islahatlara başlayıb. Apasport.az saytının xəbərinə görə, az öncə türk çalışdırıcı Naci Şensoyu istefaya göndərən Tovuz təmsilçisi onun istəyi ilə komandaya gətirilən futbolçuları da yola salıb.
Belə ki, Şensoyun istəyi ilə komandaya cəlb edilən Georgi Beriaşvili, Boris Kondev və Martin Kerçev artıq vətənlərindədirlər. Düzdür, sonuncu ilə müqavilənin müddəti cari ilin dekabrında başa çatacaq. Buna görə də onun taleyinə yeni baş məşqçi təyin edildikdən sonra aydınlıq gətiriləcək.
Viktor Qontanın xidmətinə ehtiyac duymayan əyalət təmsilçisi müqaviləsi mayın sonunda başa çatacaq Georgi Çediyaya da qapını göstərib. İlk vaxtlar özünü yaxşı tərəfdən göstərən gürcü yarımmüdafiəçi həmyerlisi Revaz Dzodzuaşvili komandadan ayrıldıqdan sonra oyunları “yolaverməklə” məşğul idi. Hətta son günlərdə özünü xəstəliyə vuran Çediyanı rəhbərlik erkən yola salıb.
Legionerlərdən yalnız Muammer Erdoğdu klubda qalsa da, türk futbolçu özünə yeni komanda axtarmaq üçün Bakıya gəlib.
Qeyd edək ki, Asim İbrahimovun müəmmalı gedişindən sonra komandaya Eltay Aslanov rəhbərlik edir. “Simurq”la oyunda olduğu kimi, MOİK-lə matça da komandanı meydana Aslanov çıxaracaq.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0