Türkiyə çempionu olan ilk futbolçumuz – FOTO
16.05.2011 - 12:16
Türkiyə çempionatının aşağı dəstəsində sonuncu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bank Asiya I Liqanın qalibinin adına da son tur aydınlıq gətirib.
Son tur ərəfəsində “Mersin İdman Yurdu” ilə şərikli liderlik edən “Samsunspor” öz meydanında “Çaykur Rizəspor”a 1:2 hesabı ilə uduzaraq, gümüş medallarla kifayətlənib. Belə ki, son turu buraxan mersinlilər eyni miqdarda xal topladıqları “Samsunspor”u əlavə göstəricilərdə üstələyib. Bununla da, Superliqaya vəsiqəni xeyli əvvəl təmin edən “Mersin İdman Yurdu” elitaya çempion kimi yüksəlir.
Çempionun heyətində Azərbaycan milli komandasının sabiq futbolçusu Ernani Pereyra da qızıl medallar alacaq oyunçular sırasındadır. 33 yaşlı müdafiəçi aşağı dəstədə Türkiyə çempionu olan ilk təmsilçimizdir.
Milliləşən braziliyalının həm yığma, həm klubda sabiq komanda yoldaşı İlqar Qurbanov isə mövsümün startında mersinlilərin heyətində olsa da, qışda klubdan kənarlaşdırılıb. Bu səbəbdən də yalnız 1 futbolçumuz çempion adını qazanıb.

0
0