Əmrah Çəlikəl: Bank Asiya I Liqanın səviyyəsi bizi qane etmir
16.05.2011 - 12:27
“Azərbaycana səfər edən “Göztəpə”nin rəsmisi Əli Gültəkinlə görüşümüz oldu. Türkiyənin Bank Asiya I divizion təmsilçisi bir neçə futbolçumuzla maraqlanır ki, onlar arasında Maksim Medvedev, Əfran İsmayılov və Rauf Əliyev var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.
Ölkəmizə səfər edən “Göztəpə” klubunun idman direktoru Əli Gültəkin Premyer Liqamızın ötən turunda “Qarabağ” – “Neftçi” oyununu izləmək üçün Ağdama yollanmışdı. Gültəkin “Qarabağ”ın və milli komandamızın gənc futbolçuları – müdafiəçi Maksim Medvedev, yarımmüdafiəçi Əfran İsmayılov, hücumçu Rauf Əliyevi bəyənərək, onların transferində maraqlı olduqlarını açıqlayıb.
Çəlikəl bildirib ki, görüşdə transfer məsələsi ilə bağlı fikir mübadiləsi aparsalar da, danışıqlara hələ yekun vurulmayıb: “Göztəpə” futbolçularımızın transferində hələ qəti qərara gəlməyib. Bundan əlavə, biz də futbolçularımızın gələcək taleyini müəyyənləşdirməliyik. Bütün bunlar aydınlaşandan sonra məsələyə qayıdacağıq. Bunun isə Türkiyədə olması mümkündür. Bildiyiniz kimi, iyunun 10-a kimi Qızılcahamama təlim-məşq toplanışına yollanacağıq. Orada danışıqları davam etdirə bilərik”.
“Qarabağ” rəsmisinin sözlərinə görə, futbolçularının xarici çempionatda oynamasının faydalılığı qənaətində olsalar da, müzakirə ediləsi məsələlər var: “Biz bir ailəyik və futbolçularla rəhbərliyin fikri birdir. Futbolçularımızın Azərbaycanda kənarda oynamaqla, gələcək karyeraları üçün fayda görmələrini istəyirik. Əgər söhbət çempionatın səviyyəsindən gedirsə, Bank Asiya I Liqanın səviyyəsi bizi qane etmir. Ancaq klubdan danışırıqsa, “Göztəpə”nin gələcək planları barədə fikirləşməyə dəyər. Biz bunlarla daha yaxından tanış olandan sonra təklifi nəzərdən keçirəcəyik”.
Mehman SÜLEYMANOV

0
0