Formal oyunlar eyni, avrokubok mübarizəsi fərqli saatda
16.05.2011 - 12:54
Formal oyunlar eyni, avrokubok mübarizəsi fərqli saatda
Azərbaycan Premyer Liqasında 2010/2011-ci il mövsümünün sonuncu XXXII turunun görüşlərinin keçiriləcəyi stadionlar və başlanma vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, ikinci “altılığ”ın formal oyunlarını eyni vaxtda başlamasına qərar verən təşkilatçılar avrokuboklara vəsiqə verə biləcək 4-cü yer uğrunda mübarizə aparan komandaların qarşılaşmalarını ayrı-ayrı vaxtlara salıb.

Bu, “Bakı” və “Neftçi”nin ev oyunlarını eyni arenada keçirməsi ilə bağlı olsa da, təqvim tərtib olunarkən bu məqama nəzər salmaq olardı.

Belə ki, “İnter” AZAL-la müqayisədə meydana daha tez çıxacaq. Bundan başqa, “Qəbələ”nin də ev oyununu Bakıda keçirməsi bu tura təsadüf edəcək. Stadionunun süni örtüyü dəyişdirən qəbələlilər hələ ötən ev oyununu paytaxtda keçirmək istəsə də, bu, yalnız indi gerçəkləşəcək.

18 may (çərşənbə)

15:00. "Bakı" - "İnter"
Tofiq Bəhramov adına Respublika stadionu

20:00. AZAL - "Qarabağ"
Şüvəlan qəsəbəsi, "AZAL" stadionu

20:00. "Neftçi" - "Xəzər Lənkəran"
Tofiq Bəhramov adına Respublika stadionu

19 may (cümə axşamı)

16:00. MOİK - "Turan"
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

16:00. "Simurq" - "Gəncə"
Zaqatala şəhər stadionu

16:00. "Qəbələ" - "Muğan"
"Şəfa" stadionu