Maradona azərbaycanlıya rəqib oldu - FOTO
16.05.2011 - 15:40
Maradona azərbaycanlıya rəqib oldu - FOTO
Dünya futbolunun əfsanəsi Dieqo Maradona özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 51 yaşlı baş məşqçi Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vəsl” klubu ilə müqavilə bağlayıb.

Anlaşmaya əsasən Maradona 2 il ərəblərlə çalışacaq. Hazırda ölkə çempionatının 4-cü pilləsində qərarlaşan “Əl Vəsl” rəhbərliyi müqavilənin maliyyə tərəfini açıqlamaqdan imtina edib.

Qeyd edək ki, argentinalı mütəxəssis karyerasını Ərəb Əmirliklərində davam etdirməklə Azərbaycan millisinin sabiq həkimi Faiq Hüseynovun çalışdığı “Əl-Əhli” klubuna rəqib olub.