“Xəzər Lənkəran”ın 2 yubileyi
16.05.2011 - 16:25
“Xəzər Lənkəran” üçün Azərbaycan Premyer Liqasının XXXI turunda “Bakı” ilə ev oyunu əlamətdar olub. Apasport.az saytının məlumatına görə, komanda 2004-cü ildən iştirakçısı olduğu milli çempionatlarımızda yubiley - 200-cü oyununa çıxıb.
Lənkərandakı görüşdə 2:0 hesabı ilə qalib gələn cənub klubu 110-cu dəfə 3 xalı bayram edib. Daha 57 dəfə 1 xalla kifayətlənən “Xəzər Lənkəran” 33 çempionat matçında uduzub. Lənkəranlılar bu görüşlərdə 313 qol vuraraq, 126-nı buraxıb. 2004/05 mövsümünə təsadüf edən, “Şəfa” klubunun dağılması üzündən baş tutmayan görüş oyun sayında nəzərə alınıb. Həmin matçdakı texniki nəticə (3:0) “Xəzər Lənkəran”ın ümumi qol sayında əks olunmayıb.
Lənkəran təmsilçisi ilk çempionat oyununu 2004-cü il avqustun 8-də səfərdə “Turan”a qarşı keçirib – 1:1. 100-cü matç isə 2008-ci il fevralın 23-də “Masallı” ilə ev oyunu olub – 4:1. “Bakı” ilə görüş həm də “Xəzər Lənkəran”ın öz meydanında oynadığı 100-cü çempionat matçıdır. Evdə 61 qələbəsi və 30 heç-heçəsi olan komanda 9 dəfə uduzub. Bu görüşlərdəki top fərqi nəzərə çarpan dərəcədə böyükdür – 180-51.
“Xəzər Lənkəran” “Bakı” ilə çempionat oyunlarındakı uğursuzluq seriyasına son qoydu. O, bu rəqibi Premyer Liqada son 5 matçda yenə bilmirdi. “Bakı” ilə cari çempionatın əvvəlki 3 duelində 1 xalla kifayətlənən cənublular ötən mövsümün final mərhələsində 2 məğlubiyyətə üzülmüşdü. Düzdür, kubokda “Bakı”nı məğlub etmək mümkün olmuşdu. Lakin “zolaqlılar” Premyer Liqada son dəfə 2009-cu il noyabrın 29-da səfərdə 3:0 hesabı ilə yenilmişdi. Həmin görüşdən 530 gün ötüb.
Qeyd edək ki, lənkəranlıların kapitanı Kamran Ağayev klubun heyətində 125-ci oyuna çıxmaqla, bolqar müdafiəçi, qış fasiləsində “Bakı”ya keçən Radomir Todorova çatıb. Millimizin əsas qapıçısı indi “Xəəzr Lənkəran”da oyun sayında yalnız 3 futbolçudan – Alim Qurbanov (166), Rəşad Abdullayev (155) və Rahid Əmirquliyevdən (152) geri qalır.
Mənbə: lankaranfc.com

0
0